Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4155 yoluxma halı qeydə alınıb, 40 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 684 337, ölənlərin sayı isə 9 657 nəfərə çatıb. Virusa yoluxanlardan 624 688 nəfərin sağaldığı bildirilir.