• 19 Mart 2024
logo
Moskvada koronavirusa görə yeni məhdudiyyətlər tətbiq olunub

Moskvada koronavirusa görə yeni məhdudiyyətlər tətbiq olunub

Rusiyanın paytaxtı Moskvada COVID-19 infeksiyası ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunub.
Mer Sergey Sobyanin oktyabrın 28-dən noyabrın 7-dək paytaxtda qeyri-iş günü elan olunması barədə Fərman imzalayıb.
"Moskvada vəziyyət pis ssenari ilə inkişaf edir. Yaxın günlərdə koronavirusa yoluxmada tarixi pikə çatacağıq”, - deyə Moskva merinin saytındakı məlumatda bildirilib.
Pandemiya ilə əlaqədar Moskva meri qeyd olunmuş müddətdə bir sıra məhdudiyyətlərin tətbiq olunduğunu da açıqlayıb.
Fərmana əsasən, oktyabrın 28-dən noyabrın 7-dək Moskvada dərman, ərzaq məhsulları və digər zəruri malların satışı istisna olmaqla bütün ticarət və xidmət sahələri fəaliyyətini dayandırır. Restoran və kafelər ancaq çatdırılma xidməti ilə işləyəcək.
Məktəb və bağçalarda tətil elan ediləcək. Ali və orta ixtisas təhsili müəssisələri məsafədən təhsilə keçəcək.
Teatr və muzeylərə giriş ancaq QR kod vasitəsi ilə həyata keçiriləcək. Kütləvi tədbirlərin yalnız ya dövlət hakimiyyəti orqanının, ya da “Rospotrebnadzor”un razılığı ilə keçirilməsinə icazə veriləcək.