• 24 Aprel 2024
logo
Rusiya XİN Ukraynanın NATO-ya daxil olmasını son dərəcə təhlükəli addım hesab edir

Rusiya XİN Ukraynanın NATO-ya daxil olmasını son dərəcə təhlükəli addım hesab edir

Ukraynanın NATO-ya üzv qəbul edilməsi son dərəcə təhlükəli addım olacaq və bu, Moskvanı reaksiya verməyə məcbur edəcək.
Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Onun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olması haqda qiymətləndirmələr ABŞ nümayəndələrinin nitqindən ilk dəfə deyil eşidilir.
“Lakin biz yenə də rəsmi mövqeyə deyil, konkret addımlara diqqət yetiririk”, - Rusiya XİN rəhbərinin müavini vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin Ukraynanın Şimal Alyansına üzv olma perspektivlərini şərh edərkən, üçüncü ölkələrin bu mövzuda veto qoymaq hüququna malik olmadığını və Vaşinqtonun Kiyevin səylərini dəstəklədiyini bildirib.