• 20 Aprel 2024
logo
Rostov AES-da sızma olub, ikinci enerji bloku dayandırılıb

Rostov AES-da sızma olub, ikinci enerji bloku dayandırılıb

Rusiyanın Rostov şəhərində Atom Elektrik Stansiyasında (AES) buxar sızması olub.
TASS-ın verdiyi məlumata görə, bununla əlaqədar ikinci enerji bloku dayandırılıb. Hazırda bu blokda təmir işlərinə başlanılıb.
İnsident nəticəsində zərərçəkən olmayıb, AES ərazisində radiasiya fonu norma çərçivəsindədir. Digər üç enerji bloku fəaliyyətini davam etdirir.
Hadisənin səbəbi araşdırılır.
Rostov AES Simlyansk su anbarının sahilində yerləşir.
AES-dən Rostov şəhərinə məsafə 205 km, Volqoqrad şəhərinə isə 175 km-dir.