• 16 Aprel 2024
logo
Gürcüstanda COVID-19-a yoluxanların sayı 680 mini ötüb

Gürcüstanda COVID-19-a yoluxanların sayı 680 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 411 yoluxma halı qeydə alınıb, 29 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 680 182, xəstəlikdən ölənlərin sayı isə 9 617 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 622 154 nəfərin sağaldığı bildirilir.