• 26 Aprel 2024
logo
Rusiyada daha 1028 nəfər koronavirusdan ölüb

Rusiyada daha 1028 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində daha 34 073 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 094 825 nəfərə çatıb.
Son sutka ərzində 1 028 nəfərin COVID-19-dan öldüyü bildirilib. Ümumilikdə Rusiyada bu virusdan ölənlərin sayı 226 353 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.