• 9 Dekabr 2021
logo
Belarusun Nyu-Yorkdakı Baş konsulluğu bağlanıb

Belarusun Nyu-Yorkdakı Baş konsulluğu bağlanıb

Belarusun Nyu-Yorkdakı Baş konsulluğu fəaliyyətini dayandırıb.
“Belta” agentliyinin verdiyi məlumata görə, bu barədə Belarusun Baş naziri Roman Qolovçenko qərar imzalayıb.
Qərara əsasən, Belarusun ABŞ-ın Nyu-York şəhərindəki Baş konsulluğu 20 oktyabr 2021-ci ildən fəaliyyətini dayandırır.
Rəsmi Minsk bir müddət əvvəl Amerika tərəfinin Baş konsulluğun bağlanması tələbi irəli sürdüyünü açıqlamışdı.