• 25 Aprel 2024
logo
Böyük Britaniyada ilin söz birləşməsi seçilib

Böyük Britaniyada ilin söz birləşməsi seçilib

Böyük Britaniyanın Kollinz izahlı lüğəti 2019-cu ilin söz birləşməsini seçib.
Trend-in məlumatına görə, lüğətin versiyasına əsasən həmin ifadə “climate strike” (iqlim tətili) olub.
Lüğətdə qeyd olunur ki, "iqlim tətili" adı 2015-ci il Paris iqlim konfransının ildönümünə həsr olunmuş və bu ilin sentyabrında keçirilmiş tətillərə verilib.
Həmin tətillər bu il isveçli fəal Qreta Tunberqin fəaliyyəti ilə bağlı daha da yayılmışdı.