• 30 Noyabr 2021
logo
Lavrov: “NATO Rusiyanı saymır”

Lavrov: “NATO Rusiyanı saymır”

“Çoxdandır Rusiya ilə NATO-nun mənzil qərargahı arasında informasiya mübadiləsi yoxdur. Bununla belə, Moskva alyansla danışıqlara hazır idi. Lakin NATO Rusiyanı saymır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında jurnalistlərə açıqlamasında deyib.
“Ən başlıcası, hərbçilər arasında bütün təmaslar kəsilmişdi. O zaman biz hansı dialoq imkanının itirilməsindən danışırıq?”, - S. Lavrov vurğulayıb.
Rusiya XİN rəhbəri iki il bundan öncə ölkəsinin NATO-ya təmas xəttindən təlimləri geri çəkməklə və minimal məsafə ilə bağlı razılaşmağı təklif etdiyini xatırladıb: “Daha çox şeylər təklif olunmuşdu. Lakin sadəcə sükut divarı... Ancaq bu gün eşidirəm ki, Almaniya XİN rəhbəri Rusiyanı danışıqlara hazır olmamaqda günahlandırıb. İndi danışıqlara necə hazır olduğumuzu və NATO-nun bizi necə saymadığını dedim, özü də bir ildən çox”.