• 29 Mart 2024
logo
Rusiyada COVID-19-dan ölənlərin sayı 225 mini ötüb

Rusiyada COVID-19-dan ölənlərin sayı 225 mini ötüb

Rusiyada son sutka ərzində daha 33 740 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 060 752 nəfərə çatıb.
Son sutka ərzində 1 015 nəfərin COVID-19-dan öldüyü bildirilib. Ümumilikdə Rusiyada bu virusdan ölənlərin sayı 225 325 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.