• 4 Dekabr 2021
logo
Gürcüstan və ABŞ arasında hərbi əməkdaşlığa dair razılaşma imzalanıb

Gürcüstan və ABŞ arasında hərbi əməkdaşlığa dair razılaşma imzalanıb

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Austinin Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan və ABŞ arasında hərbi əməkdaşlığa dair razılaşma imzalanıb.
Sənədin Gürcüstanın müdafiə qabiliyyətinin artırılması məqsədi daşıdığı bildirilib.
Razılaşmanı ABŞ-ın müdafiə naziri Lloyd Austin və onun gürcüstanlı həmkarı Cuanşer Burçuladze imzalayıb.
Müdafiə naziri Cuanşer Burçuladze bildirib ki, Lloyd Austinin Gürcüstana səfəri iki ölkə arasındakı strateji tərəfdaşlığın güclü təsdiqi və bunun daha da gücləndirilməsi baxımından əlamətdardır: “Güclü tərəfdaşlıq ölkənin stabil inkişafı və regionda sülh və təhlükəsizliyə töhfə verir”.
Tərəflər regional çağırışlar və təhdidlər barədə müzakirə aparıb.