• 30 Noyabr 2021
logo
Əfqanıstanda Talibanla Milli Müqavimət Cəbhəsi arasında şiddətli döyüşlər başlayıb

Əfqanıstanda Talibanla Milli Müqavimət Cəbhəsi arasında şiddətli döyüşlər başlayıb

Əfqanıstanın şimal-şərqindəki Bəlx əyalətində Taliban və Milli Müqavimət Cəbhəsi arasında bu gün şiddətli silahlı toqquşmalar baş verib.
“Moskovskiy Komsomolets” nəşrinin verdiyi məlumata görə, döyüşlər Talibanın daha əvvəl qüvvələrini toplamağa başladığı Andarab vadisində bu gün səhər saatlarında başlayıb.
Milli Müqavimət Cəbhəsinə yaxın mənbələrin məlumatına görə, toqquşmalar zamanı Taliban 60-dan çox itki verərək, geri çəkilmək məcburiyyətində qalıb. Milli Müqavimət Cəbhəsinin döyüşçüləri arasında da itkilər var, onların dəqiq sayı barədə məlumat verilməyib.
Qeyd edək ki, bu ilin avqustunda ABŞ qoşunlarının çıxarılması ilə Əfqanıstanda vəziyyət kəskin şəkildə gərginləşib. Ölkə, demək olar ki, tamamilə Talibanın nəzarətinə keçib. Yalnız bir sıra əyalətlərdə üsyançılar tərəfindən Talibana müqavimət göstərilir.
Müqavimətçilərə Əhməd Məsud rəhbərlik edir.