• 19 Aprel 2024
logo
Avropada qaz çatışmazlığının səbəbləri açıqlanıb

Avropada qaz çatışmazlığının səbəbləri açıqlanıb

Avropada qaz qiymətləri təklif çatışmazlığına görə deyil, anbarın dolum səviyyəsinin aşağı olması səbəbindən yüksəkdir.
Rusiya mətbuatının verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib.
Onun sözlərinə görə, hazırda Avropa bazarı qazla tam təmin olunub, çünki ümumiyyətlə, idxalın tədarükü, üstəlik Avropanın öz hasilatı daxili istehlakı təmin edir.
"Eyni zamanda, hətta yeraltı anbarlara da qismən qaz vurulur, yəni qaz çatışmazlığı yoxdur", - A. Novak qeyd edib.
Baş nazirinin müavini onu da vurğulayıb ki, son beş ildə qaz anbarlarının doluluğu minimal səviyyədədir, yəni təxminən 74%-i, halbuki adətən bu göstərici 85-90%-dən çox olur: "Bu, əlbəttə, bazar iştirakçıları arasında narahatlıq yaradır, risklər var, nəticədə, bazar hər zaman olduğu kimi reaksiya verir, qiymətlər qalxır", - A. Novak bildirib.