• 19 Aprel 2024
logo
Rusiyada son sutkada koronavirusa yoluxma və ölüm sayında yeni rekord qeydə alınıb

Rusiyada son sutkada koronavirusa yoluxma və ölüm sayında yeni rekord qeydə alınıb

Rusiyada son sutka ərzində daha 31 299 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 892 980 nəfərə çatıb.
Son sutka ərzində 986 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 220 315 nəfərə çatıb.
Bu, pandemiya başlayandan Rusiyada koronavirusa sutkalıq yoluxma və ölüm sayında yeni rekorddur.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə və Braziliyadan sonra altıncı yerdə gəlir.