• 26 Oktyabr 2021
logo
Gürcüstanda daha 4837 nəfər COVID-19-a yoluxub

Gürcüstanda daha 4837 nəfər COVID-19-a yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 837 yoluxma halı qeydə alınıb, 26 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 645 195, ölənlərin sayı isə 9 332 nəfərə çatıb. Virusa yoluxanlardan 605 581 nəfərin sağaldığı bildirilir.