• 6 Oktyabr 2022
logo
XİN: Rusiya Avropanın etibarlı qaz tədarükçüsü olaraq qalacaq

XİN: Rusiya Avropanın etibarlı qaz tədarükçüsü olaraq qalacaq

Rusiya Avropanın etibarlı qaz tədarükçüsü olub və olacaq.
Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə ölkənin xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, Moskva son vaxtlar olduğu kimi, enerji daşıyıcılarına olan qiymətlərin kəskin dəyişməsinin qarşısını almaq üçün Avropa İttifaqı ilə işləməyə hazırdır: "Qiymət sıçrayışlarının qarşısını almaq üçün Avropa İttifaqı ilə əməkdaşlıq etmək istəyirik".
Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın 1 000 kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.