• 6 İyul 2025
logo
Batumi məhkəməsi yaşayış binasının çökməsinə görə 3 nəfərin barəsində həbs qərarı çıxarıb

Batumi məhkəməsi yaşayış binasının çökməsinə görə 3 nəfərin barəsində həbs qərarı çıxarıb

Batumi Şəhər Məhkəməsi 26 May küçəsində yeddimərtəbəli yaşayış binasının çökməsi ilə əlaqədar saxlanılmış 3 nəfərin həbs edilməsi barədə qərar qəbul edib.
Gürcüstanın İctimai telekanalının verdiyi xəbərə görə, məhkəmə Zaur Budatov və onun mənzilində təmir-bərpa işləri aparması üçün işə götürdüyü daha iki nəfərin barəsində həbs qətimkan tədbiri seçib.
Həbs edilən şəxslər tikintidə təhlükəsizlik qaydalarını pozaraq insan itkisinə və ağır nəticələrə səbəb olmaqda ittiham edilirlər.
Qeyd edək ki, oktyabrın 8-də baş vermiş hadisə nəticəsində üçü uşaq olmaqla 9 nəfər həlak olub, daha bir nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.