• 2 Oktyabr 2022
logo
"Taliban" Əfqanıstanda dağıdılmış Budda heykəllərinin yerini qoruyacağına vəd verib

"Taliban" Əfqanıstanda dağıdılmış Budda heykəllərinin yerini qoruyacağına vəd verib

“Taliban” hərəkatının liderləri Əfqanıstanın Bamiyan şəhərində bir vaxtlar Buddanın nəhəng heykəllərinin yerləşdiyi qayada boş bir yer saxlayacaqlarını açıqlayıblar.
TASS xəbər verir ki, bu barədə “Ariana News” telekanalı məlumat yayıb.
53 və 35 m hündürlüyündə olan Budda heykəlləri eramızın 6-cı əsrində Əfqanıstanın mərkəzindəki Bamiyan vadisini əhatə edən qayalıq bir yerdə oyulmuşdu. 2001-ci ilin martında “Taliban” Budda monastır kompleksinin bir hissəsi olan iki heykəli partladıb.
Telekanalın məlumatına görə, radikallar hazırkı addımın ölkəyə turist cəlb etmək üçün atıldığını deyirlər. Bamiyanın məlumat və mədəniyyət idarəsinin rəhbəri Mövləvi Saif-ur-Rəhman Mohammədi əmin edir ki, istəyənlər vadinin tarixi qalıqlarını sərbəst şəkildə yoxlaya bilərlər: “Əfqanıstan İslam Əmirliyinin (“Taliban”ın Əfqanıstana verdiyi ad) nümayəndəsi olaraq əyalətimizin bu qiymətsiz tarixi abidələrini qorumaq üçün əlimizdən gələni edirik”.
Hərəkatın adı açıqlanmayan digər bir nümayəndəsi isə “Taliban”ın Budda heykəllərini dini səbəblərdən məhv etdiyini bildirib: “İslam əmirliyi” həmin vaxt tələsik bir addım atmayıb, bu təklif İslam qanunları əsasında nəzərdən keçirilib və araşdırılıb, daha sonra heykəllər dağıdılıb”.