• 6 Oktyabr 2022
logo
Rusiyada son sutkada koronavirusdan 886 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 886 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 25 219 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 7 560 767 nəfərə çatıb.
Son sutka ərzində 886 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 209 028 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə, Braziliyadan sonra altıncı yerdə gəlir.