• 29 Sentyabr 2022
logo
Gürcüstan DİN Mixeil Saakaşvilinin həbsinin video görüntülərini yayıb

Gürcüstan DİN Mixeil Saakaşvilinin həbsinin video görüntülərini yayıb - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) sabiq prezident Mixeil Saakaşvilinin həbsinin video görüntülərini paylaşıb. Görüntülərdə M.Saakaşvilinin polis əməkdaşlarının müşayiəti ilə həbsxanaya nəql edilməsi əks olunur. Qeyd edək ki, Gürcüstan DİN Mixeil Saakaşvilinin artıq Rustavi həbsxanasına aparıldığını açıqlayıb.