• 10 İyul 2025
logo
Gürcüstanda COVID-19-a yoluxanların sayı 611 mini ötüb

Gürcüstanda COVID-19-a yoluxanların sayı 611 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 929 yoluxma halı qeydə alınıb, 33 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 611 269, xəstəlikdən ölənlərin sayı isə 8 917 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 582 805 (95%) nəfərin sağaldığı bildirilir.