• 28 Mart 2024
logo
Pentaqon "Taliban"ı terror təşkilatı hesab edir

Pentaqon "Taliban"ı terror təşkilatı hesab edir

"Taliban" "Əl-Qaida" ilə əlaqələrini kəsməyib.
WSJ-in verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli Senatda Əfqanıstanla bağlı keçirilən dinləmələr zamanı deyib.
“"Taliban”ın terror təşkilatı olduğunu, belə qalmağa davam etdiyini və "Əl-Qaidə" ilə əlaqələrini kəsmədiyini xatırlamalıyıq", - deyə o, Senatın Müdafiə Komitəsinin iclasında bildirib.
ABŞ generalının sözlərinə görə, terrorçuların Əfqanıstan ərazisindən hücum təşkil etmək qabiliyyətini bərpa etməsi reallıqdır.
Qeyd edək ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirib.