• 25 Aprel 2024
logo
Makron: “Avropa özünü müdafiə etmək gücünə malik olduğunu göstərməlidir”

Makron: “Avropa özünü müdafiə etmək gücünə malik olduğunu göstərməlidir”

Fransa Prezidenti Emmanuel Makron Avropanı öz maraqlarının müdafiəsi və hərbi potensialının inkişafı məsələsində sadəlövh olmamağa çağırıb.
"Reuters"in verdiyi xəbərə görə, Fransa Prezidenti bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Avropalılar sadəlövhlükdən əl çəkməlidir. Zaman-zaman mövqelərini sərtləşdirən güclərin təzyiqi altında olduğumuz vaxt reaksiya verməli və özümüzü müdafiə etmək gücünə və qabiliyyətinə malik olduğumuzu göstərməliyik. Məsələ vəziyyəti gərginləşdirmək deyil, özümüzü qorumaqdır”, - E. Makron qeyd edib.
Fransa Prezidenti bu yanaşmanın ABŞ-la müttəfiqliyə alternativ və ya əvəzedici olmadığını deyib.