• 27 Aprel 2024
logo
Kreml: Sabah Putin-Ərdoğan görüşündə Cənubi Qafqazdakı vəziyyət də müzakirə ediləcək

Kreml: Sabah Putin-Ərdoğan görüşündə Cənubi Qafqazdakı vəziyyət də müzakirə ediləcək

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş sentyabrın 29-da Soçidə keçiriləcək.
Bu barədə Kreml məlumat yayıb.
Rusiya və Türkiyə liderləri Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək.
“Rusiya-Türkiyə tərəfdaşlığının siyasi və ticari-iqtisadi sahələrdə müxtəlif aspektlərinin müzakirəsi planlaşdırılır”, - Kremlin məlumatında vurğulanıb.