• 28 Mart 2024
logo
Rusiyada koronavirusdan ölənlərin sayı 205 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 205 mini ötüb

Rusiyada son sutka ərzində daha 21 559 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 464 708 nəfərə çatıb.
Son sutka ərzində 852 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 205 531 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.