• 20 Aprel 2024
logo
Rusiyada koronavirusdan ölənlərin sayı 203 900 nəfərə çatıb

Rusiyada koronavirusdan ölənlərin sayı 203 900 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 22 498 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 420 913 nəfərə çatıb.
Son sutka ərzində 805 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 203 900 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.