• 19 Aprel 2024
logo
Ermənistanda daha 925 nəfər COVID-19-a yoluxub, 12 nəfər ölüb

Ermənistanda daha 925 nəfər COVID-19-a yoluxub, 12 nəfər ölüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 925 yoluxma halı qeydə alınıb.
"Sputnik Armenia"nın verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 258 545 nəfərə çatıb.
Son sutka ərzində Ermənistanda COVID-19-dan 12 ölüm halı qeydə alınıb, bununla da infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 5251 nəfərə çatıb.