• 25 Aprel 2024
logo
Kamçatkada güclü zəlzələ

Kamçatkada güclü zəlzələ

Rusiyanın Kamçatka diyarı sahillərində Rixter cədvəli ilə 6,6 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar Ust-Kamçatsk qəsəbəsindən 113 kilometr şərqdə qeydə alınıb.
Zəlzələnin episentri yerin 33 kilometr dərinliyində olub.
Hadisə nəticəsində hər hansı bir itki və ya fəsadın olmadığı deyilir.