• 18 Aprel 2024
logo
Taliban 4 nəfəri edam etdi

Taliban 4 nəfəri edam etdi

Əfqanıstanın Herat əyalətində Taliban 4 kişini çoxsaylı insanın iştirakı ilə edam edib.
Bu barədə “Aamaj Nyus” agentliyi yayıb.
Bildirilib ki, dar ağacından asılan şəxslər adam oğurluğunda təqsirli biliniblər.
Qeyd edək ki, Taliban hərəkatının qurucularından Nurəddin Turabi açıqlamasında kütləvi edamları bərpa edəcəklərini bildirib.