• 25 Aprel 2024
logo
Moskva Nulandı ölkəyə buraxmaq üçün şərtini açıqladı

Moskva Nulandı ölkəyə buraxmaq üçün şərtini açıqladı

ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland Rusiyaya oktyabrda gələ bilər.
Bu məlumatı “Kommersant” qəzeti öz mənbələrinə istinadən yayıb. Qəzet Moskvanın Nulanda vizanı yalnız Vaşinqtonun cavab addımları atacağı halda verəcəyini bildirib. Belə ki, Rusiyanın Nuland qarşılığında Vaşinqtondan öz diplomatlarına, xüsusilə, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Konstantin Vorontsova qarşı sanksiyaların ləğv edilməsini tələb etdiyi vurğulanıb.
Qeyd edək ki, bundan öncə Nulandın Moskvaya Rusiya Prezident Administrasiyası sədrinin müavini Dmitri Kozakla görüş üçün gələcəyi bildirilmişdi. Lakin Moskva Nulanda viza verməkdən imtina etmişdi.