Rusiya 1 kiloqramının maya dəyəri 1,5-2 ABŞ dolları olan rəqabət qabiliyyətli "mavi" hidrogen istehsal etmək üçün bütün imkanlara malikdir.
Rusiya mətbuatının verdiyi məlumata görə, bunu ölkənin energetika nazirinin müavini Pavel Sorokin deyib.
Onun sözlərinə görə, qlobal enerji keçidi kontekstində məhz hidrogen (az karbon izi nəzərə alınmaqla – red.) dünya enerji balansında nəzərəçarpacaq paya sahib ola bilər.
"Texnologiyaların inkişafı və maliyyə vəsaitlərinə sərbəst çıxışı şəraitində hidrogen sənayesi 10-12 ildən sonra rentabelli ola bilər", - nazir müavini qeyd edib.