• 29 Mart 2024
logo
Çin aeroportunda emosiyaları tanıyan texnologiyalar quraşdırılır

Çin aeroportunda emosiyaları tanıyan texnologiyalar quraşdırılır

Çinin hava limanları və metro stansiyalarında insan emosiyalarını tanıyan texnologiyalar quraşdırılır.
Trend-in məlumatına görə, həmin texnologiya üzərində bir sıra iri şirkətlər, o cümlədən “Amazon”, “Microsoft” və “Google” şirkətləri işləyir.
Qeyd olunur ki, texnologiya cinayətlərdə şübhəli bilinən şəxsləri emosiyaları və psixi vəziyyətlərini müəyyən etməklə tapılmasına kömək edəcək.
Hazırda həmin texnologiya gömrükdə tətbiq olunur və insanların aqressivlik səviyyəsini, eləcə də stressə dayanıqlılığını müəyyənləşdirir.