Böyük Britaniyada son sutka ərzində 35 623 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 7 601 487 nəfərə çatıb.
Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 180 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 135 983 nəfərə çatıb.