• 19 Oktyabr 2021
logo
Rusiya MSK Dövlət Dumasına seçkilərin nəticələrini təsdiqləyib

Rusiya MSK Dövlət Dumasına seçkilərin nəticələrini təsdiqləyib

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 17-dən 19-dək Dövlət Dumasına keçirilmiş seçkilərə bugünkü iclasında yekun vurub və seçkinin nəticələrini təsdiqləyib.
Nəticələrə dair protokolları MSK-nın 15 üzvünün hamısı imzalayıb.
Seçkinin nəticələrinə əsasən, hakim “Vahid Rusiya” partiyası səkkizinci çağırış Dövlət Dumasında 324 mandat qazanıb (2016-cı ildə keçirilmiş seçkilərdə 343 mandat).
Rusiya Federasiyası Kommunist Partiyası 57 (əvvəlki çağırışda 42), “Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət Naminə” partiyası 27 (əvvəlki çağırışda 23), Rusiya Liberal Demokrat Partiyası 21 (əvvəlki çağırışda 39), “Yeni İnsanlar” partiyası isə 13 mandat əldə edib. Daha bir neçə partiya Dumada bir mandatla təmsil olunur.
Bundan başqa, öz namizədliyini irəli sürmüş beş nəfər də yeni parlamentə keçə bilib.