• 20 Aprel 2024
logo
Qriqoryan: Türkiyə ilə münasibətləri nizamlamağa hazırıq

Qriqoryan: Türkiyə ilə münasibətləri nizamlamağa hazırıq

Ermənistan Türkiyə ilə münasibətləri mərhələli olaraq nizamlamağa, eləcə də iki ölkənin yüksək səviyyədə nümayəndələrinin görüşünü təşkil etməyə hazırdır.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Biz artıq bütün regionda sülhün əldə olunmasının vacibliyi haqqında danışmışıq. Bu kontekstdə biz gərək Türkiyə ilə münasibətləri nizamlayaq, proses mərhələli olmalıdır. Əminik ki, bu münasibətlərin nizamlanması imkanlarından biri yüksək səviyyədə görüşlərdir”, – deyə o bildirib.