• 18 Oktyabr 2021
logo
Heç bir xarici silahlı qüvvəni  torpağımızda qəbul etmirik

Heç bir xarici silahlı qüvvəni  torpağımızda qəbul etmirik - Mücahid

Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiullah Mücahid RİA Novosti-yə müsahibəsində bildirib ki, Əfqanıstanın yeni hökuməti öz ərazisində xarici silahlı qüvvələrin olmasının qəti şəkildə əleyhinədir.
"Xeyr, biz heç bir xarici silahlı qüvvəni öz torpağımızda qəbul etmirik. Dünya, amerikalılar və başqaları ilə ünsiyyət qura bilərik, ancaq torpaqlarımızın başqa dövlətlərə təcavüz üçün istifadə edilməsinə icazə verməyəcəyik" deyib Mücahid.
Nazir müavininin sözlərinə görə, "Taliban" hazırda terrorçularla mübarizədə öz qüvvələrindən istifadə edir. "Bizim təşkilatımıza (terror qrupu İŞİD - red.) qarşı mübarizədə xalqımızın dəstəyi bizim üçün kifayətdir" deyib.
Cavid