• 25 Aprel 2024
logo
Gürcüstanda daha 1 698 nəfər COVID-19-a yoluxub, 38 nəfər ölüb

Gürcüstanda daha 1 698 nəfər COVID-19-a yoluxub, 38 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 698 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 603 763, xəstəlikdən ölənlərin sayı isə 8 749 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 572 353 (94%) nəfərin sağaldığı bildirilir.