• 29 Mart 2024
logo
Moskvada Hərbi Universitetin yataqxanasında yanğın baş verib

Moskvada Hərbi Universitetin yataqxanasında yanğın baş verib

Rusiya Müdafiə Nazirliyinin Moskvanın Komsomolski prospekti 20 ünvanında yerləşən Hərbi Universitetinin yataqxanasında yanğın baş verib.
TASS xəbər verir ki, 100-ə yaxın insan təxliyə edilib.
Əvvəlcə üçüncü mərtəbədə 100 kv. metr sahəni əhatə edən yanğın digər otaqlara yayılıb, qismən dam örtüyünə də keçib.
Ümumilikdə 500 kv. metr sahə yanıb.