• 20 Aprel 2024
logo
Vulkan 400 evi külə döndərdi: əhali çıxılmaz durumda...

Vulkan 400 evi külə döndərdi: əhali çıxılmaz durumda...

İspaniyanın Kanar adaları qrupunda yer alan Palma adasında vulkan püskürməsi nəticəsində 400-ə yaxın ev külə dönüb.
Bu barədə Kanar adaları muxtar icması məlumat yayıb.
Bildirilib ki, 5 min 700-dən çox insan sığınacaq problemi ilə üzləşib:
“İdman zalları, otel, avtomobildə, qohumlarının evində qalan şəxslər üçün 280 ev satın alınacaq. Təhlükəsizlik tədbirləri ilə bağlı xalqa müraciət edilib”.