• 23 Aprel 2024
logo
Rusiyada daha 820 nəfər COVID-19-dan ölüb

Rusiyada daha 820 nəfər COVID-19-dan ölüb

Rusiyada son sutka ərzində daha 21 438 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 354 995 nəfərə çatıb.
Son sutka ərzində 820 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 201 445 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.