• 25 Aprel 2024
logo
Rusiyanın AŞPA-dakı nümayəndə heyətinə Strasburqda sərbəst hərəkət etmək qadağan olunub

Rusiyanın AŞPA-dakı nümayəndə heyətinə Strasburqda sərbəst hərəkət etmək qadağan olunub

Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Rusiya nümayəndə heyətinə Strasburqda sərbəst hərəkət etmək qadağan olunub.
Bu barədə Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vladimir Kruqlıy bildirib.
Onun sözlərinə görə, gələn həftənin birinci günü öz işinə başlayacaq AŞPA-nın sessiyasında iştirak edəcək Rusiya nümayəndə heyətinə Strasburqda sərbəst hərəkət etmək qadağan olunub, buna səbəb isə Avropa İttifaqının “Sputnik V” vaksinini tanımamasıdır: “Bizim nümayəndə heyətinə “qırmızı zona”dan gəlməyimiz barədə xəbərdarlıq edilib və bildirilib ki, peyvənd olunmadığımız üçün ancaq qaldığımız hoteldən AŞPA-nın yerləşdiyi binaya gəlib-gedə bilərik”.
Rusiyalı senator qeyd edib ki, Türkiyə və Ukrayna nümayəndə heyətlərinin “qırmızı zona”dan gəlmələrinə baxmayaraq, onların sərbəst hərəkətinə icazə verilib: “Çünki onlar “Pfizer”lə peyvənd olunublar”.