• 19 Aprel 2024
logo
Gürcüstanda daha 1 653 nəfər COVID-19-a yoluxub, 47 nəfər ölüb

Gürcüstanda daha 1 653 nəfər COVID-19-a yoluxub, 47 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 653 yoluxma halı qeydə alınıb, 47 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 602 065, xəstəlikdən ölənlərin sayı isə 8 711 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 570 443 nəfərin sağaldığı bildirilir.