• 26 Oktyabr 2021
logo
Radada Qırğızıstanın  Ukraynadakı diaspor nümayəndələri ilə görüş olub

Radada Qırğızıstanın  Ukraynadakı diaspor nümayəndələri ilə görüş olub

Bu gun Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov Türk Şurasına daxil olan Qırğız Respublikasının Ukraynadakı diaspor nümayəndələri ilə görüşüb. Qırğızıstan Ticarət və Sənaye Palatasının Ukrayna, Rumıniya, Bolqarıstan Respublikası və Moldova Respublikasındakı nümayəndəsi Azamat İsmayilov, Ukraynadakı Qırğızıstan diasporunun rəhbəri Sherali Jenaliev və iş adamı "Amin Trading" şitkıtinin qurucusu Suyunbek Myrzakanovun iştirak ettiyi görüşdə diasporlar arası əlaqələrin gücləndilməsi və perespektivləri müzakirə olunub.
UAR-dan Baymedia.az-a verilən məlumata görə, baş katib vurğulayib ki gücümüz birliyimizdədir. «Bizlər "Fikirdə sözdə və işdə birlik" ideyası ətrafinda potensialımızı birləşdirməyi bacarmalıyıq» deyən Məmmədov diaspor quruculuğu sahəsindəki təcrübələrini və imkankanlarını paylaşmaqdan məmnun olacaqlarını bildirib.
Görüşdə çıxış edən Qırğızıstan Ticarət və Sənaye Palatasının Ukrayna, Rumıniya, Bolqarıstan Respublikası və Moldova Respublikasındakı nümayəndəsi Azamat İsmayilov qardaş xalqların diaspora quruculuğuna dəstəyin vacibliyini vurğulayıb. «Bizlər Türk Şurası çərçivəsində əməkdaşlığimızı artırmalıyıq. Türk Şurası adı altında proyektlər həyata keçirməli və bu sahədə digər ölkələrə nümunə olmalıyıq» deyən İsmayılov ələqələrin daha da gücləndirilməsi üçün iqtisadi sahədəki əməkdaşliğın vacibliyini vurğulayıb.
Daha sonra qonaqlara Azərbaycanın zəfəri ilə bitən II Qarabağ müharibəsi haqqında məlumat verən baş katib onları 27 sentyabrda UAR ofisində təşkil olunacaq fotosərgiyə dəvət edib.
Cavid