• 19 Aprel 2024
logo
Rusiya və ABŞ-ın Baş Qərargah rəisləri Finlandiyada görüşüb

Rusiya və ABŞ-ın Baş Qərargah rəisləri Finlandiyada görüşüb

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli ilə görüşüb.
Rusiya Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Finlandiyanın Vanta şəhərində keçirilən görüşdə rusiyalı və amerikalı generallar qarşılıqlı maraq doğuran məsələləri, hərbi fəaliyyət zamanı insidentlərin yaranması risklərinin azaldılmasını müzakirə ediblər.
“Görüş konstruktiv xarakter daşıyıb”, - deyə Rusiya MN-dən bildirilib.