• 28 Mart 2024
logo
Ukrayna Prezidentinin baş müşavirinə sui-qəsd cəhdi olub

Ukrayna Prezidentinin baş müşavirinə sui-qəsd cəhdi olub - FOTO 

Ukrayna Prezidenti Vladimir Zelenskinin baş müşaviri Sergey Şefirə sui-qəsd cəhdi olub.
“Reuters”in verdiyi xəbərə görə, hadisə Kiyev yaxınlığındakı Lesniki kəndinin ətrafında baş verib.
Bildirilib ki, bu gün səhər S. Şefirin olduğu avtomobilə odlu silahdan 10 dəfə atəş açılıb.
Ukrayna polisinin məlumatına görə, hadisə zamanı S. Şefirin sürücüsü yaralanıb, özü isə xəsarət almayıb.
Sürücü reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır.