• 25 Aprel 2024
logo
Rusiyada koronavirusdan ölənlərin sayı 200 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 200 mini ötüb

Rusiyada son sutka ərzində daha 19 706 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 333 557 nəfərə çatıb.
Son sutka ərzində ölkədə 817 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada COVID-19-dan ölənlərin sayı 200 625 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.