• 19 Aprel 2024
logo
Rusiyada COVID-19-dan ölənlərin sayı 199 mini ötüb

Rusiyada COVID-19-dan ölənlərin sayı 199 mini ötüb

Rusiyada son sutka ərzində daha 19 179 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 313 851 nəfərə çatıb.
Son sutka ərzində 812 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 199 808 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.