• 25 Aprel 2024
logo
XİN: Moskva Türkiyənin Krımda seçkiləri tanımamasını diqqətdən kənar qoymayacaq

XİN: Moskva Türkiyənin Krımda seçkiləri tanımamasını diqqətdən kənar qoymayacaq

Moskva Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Krımda Dövlət Dumasına keçirilən seçkiləri tanımaması haqda bəyanatını diqqətdən kənar qoymayacaq.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Solovyov live” Youtube kanalında çıxışı zamanı bildirib.
“Türkiyə çox yaxşı bilir ki, Krım Rusiyanın suveren tərkib hissəsidir və Türkiyə çox yaxşı bilir ki, biz bu cür bəyanatları heç vaxt diqqətdən kənar qoymuruq”, - deyə M. Zaxarova vurğulayıb .
Qeyd edək ki, Türkiyə XİN-in sözçüsü Tanju Bilgiç bəyanatında Krımda keçirilən seçkilərin Türkiyə üçün hüquqi qüvvəsinin olmadığını bildirib.