• 24 Aprel 2024
logo
Paşinyanın ziyarətində insident yaşanıb

Paşinyanın ziyarətində insident yaşanıb

Baş nazir Nikol Paşinyan, Parlamentin sədri Alen Simonyan və Ermənistan prezidenti Armen Sarkisyan 21 sentyabrda qeyd olunan Müstəqillik Günü ilə əlaqədar Yerablur hərbi panteonunu ziyarət edən zaman insident yaşanıb.
Baymedia.az erməni mətbuatına istinadən xəbər verir ki, polis, yüksək rütbəli məmurlardan ibarət nümayəndə heyəti üçün jurnalistlərin panteona girməsinə icazə verməyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Paşinyana etiraz edən 44 günlük müharibədə ölən Levon Qalstyanın atası Armen Qalstyanı Yerablur hərbi panteonu ərazisindən zorla uzaqlaşdırıblar.
Armen Qalstyan jurnalistlərlə söhbətində bildirib ki, hökumət başçısının Yerabluru ziyarət etməyə mənəvi haqqı yoxdur.
"Bura qəbiristanlıq deyil, bura uşaqlarımızın evidir və onun bura gəlməyə haqqı yoxdur", - Qalstyan bildirib.
Cavid