• 25 Aprel 2024
logo
"Qazprom" Türkiyəyə qaz ixracını rekord dərəcədə artırıb

"Qazprom" Türkiyəyə qaz ixracını rekord dərəcədə artırıb

Rusiyanın "Qazprom" şirkəti 2021-ci il 1 yanvar – 19 sentyabr tarixlərində Türkiyəyə 20,3 mlrd. kubmetr qaz tədarük edib ki, bu da qeyd olunan dövr üçün rekord göstərici hesab olunur.
Bu barədə Rusiya mətbuatı "Qazprom"a istinadən xəbər verir.
Məlumata görə, illik müqayisədə "Qazprom"un Türkiyəyə qaz ixracı 12,3 mlrd. kubmetr və ya 153% artıb.
Qeyd olunur ki, "Qazprom"un rəhbəri Aleksey Miller və Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz qaz sektorunda ikitərəfli əməkdaşlığı, xüsusən də qaz tədarükü məsələsini müzakirə ediblər.